AFFA “Gəncə”ni çempionatdan kənarlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Gəncə”ni çempionatdan kənarlaşdırdı

İdman

19 Noyabr 2021 15:53 804


Təhsil İdman Mərkəzinin “Gəncə” komandası U-11 Liqasından kənarlaşdırılıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə qərarı AFFA verib.

Qurumun İntizam Komitəsi komanda çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün Gəncə təmsilçisini yarışdan xaric edib. “Təbriz” TİM-lə görüşdə təyin olunan vaxtda oyuna gəlməyən komanda 3-cü dəfə buna yol verib. pizza

Bu görüşdə TİM “Gəncə”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!