AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı

İdman

28 Aprel 2020 12:37 689


Koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, AFFA müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Məlum olduğu kimi, operativ qərargah aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib. 

AFFA-nın saytında bildirilib ki, xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olmaq şərtilə mayın 20-də bərpa olunması nəzərdə tutulur. pizza

Bu məsələ AFFA və müvafiq liqada mübarizə aparan klubların nümayəndələri ilə mütəmadi qaydada müzakirə olunur.

Qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında operativ qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq AFFA tərəfindən Gənclər Liqası barədə müvafiq qərarı verilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!