AFFA hakimləri təhqir edənləri cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA hakimləri təhqir edənləri cəzalandırdı

İdman

25 Yanvar 2024 18:56 812


AFFA Region Liqasında hakimləri təhqir edən şəxslər İntizam Komitəsi tərəfindən cəzalandırılıblar.

Yenisabah.az İdman.biz-ə istinadən xəbər verir ki, “Ərgünəş” (Füzuli) - “Mil” (Beyləqan) qarşılaşmasının 35-ci dəqiqəsində hakimi təhqir edən meydan sahiblərinin rəsmisi Atəm Ağayev 5 oyun cəzalanıb.

“Araz” (İmişli) - “Ümid” (Saatlı) oyununda qonaqların futbolçusu Nurlan İsayev təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 matçlıq cəza alıb. “Hacıqabul” - “Olimpiya” (Ağcabədi) görüşündə qonaqların baş məşqçisi Namiq Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb. Dominos pizza

“Veteran Tankçılar” (Gəncə) - “Bərdə” matçında meydan sahibləri əvəzetmə limitini pozublar - buna görə gəncəlilərə xəbərdarlıq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!