AFFA iki kluba texniki məğlubiyyət verdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA iki kluba texniki məğlubiyyət verdi

İdman

30 Aprel 2024 14:17 447


AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib. 

Yenisabah.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan "Lokomotiv" (Bakı) - "Balaxanı" matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib. 

"Dinamo" (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qzılar Liqasının oyunu çərçivəsində "Neftçi" ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!