AFFA iki məşqçini ömürlük futboldan uzaqlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA iki məşqçini ömürlük futboldan uzaqlaşdırdı

İdman

14 İyun 2024 17:48 431


Bu gün AFFA-da Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, I Liqada "İrəvan" klubunda çıxış edən Fəhmin Muradbəylinin danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. Marqarita pizza

Bundan əlavə, "Azərbaycan Qartalları" uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənova da eyni cəza verilərək ömürlük futboldan uzaqlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!