AFFA klublarımızın hərəsinə 15 min manat verdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA klublarımızın hərəsinə 15 min manat verdi

İdman

15 Aprel 2021 12:29 745


AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədilə növbəti dəfə 15 min manat maliyyə vəsaiti köçürüb.

Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.

2020-2021 ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun hər birinə 41 min manat olmaqla COVİD-19 pandemiyası ilə bağlı  ümumilikdə, 328 min AZN maliyyə vəsaiti dəstək olaraq köçürülüb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!