Bu gün AFFA İntizam komitəsinin iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, iclasda Premyer Liqamızın 28-ci turuna keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.
Keşlə”nin futbolçusu Sezar Meza Kolli "Qəbələ" ilə matçda “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 1600 manat cərimələnib. Marqarita pizza
“Səbail” – “Sumqayıt” oyununda “Səbail”in futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Həmçinin “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Telegram kanalımız