AFFA Məmmədyarovun sözü üstündən xətt çəkdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA Məmmədyarovun sözü üstündən xətt çəkdi

İdman

16 İyun 2023 14:10 851


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: "Ola bilsin ki, Elmar Məmmədyarov səhv anlayıb. Əvvəldən dediyimiz kimi, Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək". Dördpendirli pizza

Xatırladaq ki, bundan əvvəl AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov "Zaqatala" və "Araz Naxçıvan" da daxil olmaqla liqada 12 komandanın çıxış edəcəyini deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!