AFFA məşhur futbolçunun əməliyyat xərcini öz üzərinə götürdü

saytların hazırlanması

Evə çatdırılma

AFFA məşhur futbolçunun əməliyyat xərcini öz üzərinə götürdü

İdman

25 Fevral 2020 15:19 919


AFFA-nın sabiq həkimi Naib Abdulla şəxsi "Facebook" hesabında "Neftçi"nin keçmiş futbolçusu Səmədağa Şıxlarovun əməliyyat olunması barədə məlumat verib. O bildirib ki, AFFA bütün əməliyyat xərclərini öz üzərinə götürsə də, qurum sonradan bu pulu ödəməyib. Sözügedən məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bildirib ki, S.Şıxlarovun xəstəxanaya ödədiyi əməliyyat xərcləri özünə qaytarılacaq: "Səmədağa müəllim AFFA-ya əməliyyat xərclərinin ödənməsi ilə bağlı həqiqətən də, müraciət edib. Qeyd edilib ki, o, Respublika Diaqnoz Mərkəzinin nəzdində Ürək Mərkəzində əməliyyat olunmalıdır. Orada bundan öncə də bir neçə dəfə əməliyyat olunmuşdu. Çünki hər həkim bu əməliyyatı öz öhdəsinə götürmürdü. AFFA-nın baş həkimi də bildirmişdi ki, bundan öncə də bir neçə dəfə əməliyyat keçirdiyi üçün daha yaxşı olar ki, əvvəl harada əməliyyat olunubsa, yenə ora müraciət olunsun. Əməliyyat olunmaq üşün xəstəxanı Səmədağa müəllim özü tapıb. Görünür, həkim zəmanət verib ki, mən bu əməliyyatı uğurla edəcəyəm. Həmin müraciətdən sonra da AFFA göstəriş verib ki, əməliyyatın xərcləri AFFA tərəfindən ödənilsin. Bununla bağlı AFFA və Respublika Diaqnoz Mərkəzi arasında müvafiq müqavilə imzalanıb. Müqavilədə də qeyd olunub ki, AFFA həmin əməliyyatın xərcini ödəyəcək. Amma Səmədağa müəllim özü dünən şəxsi hesabına əməliyyat olunub. AFFA-nın müvafiq strukturu xəstəxana ilə əlaqə saxlayıb. Bildirilib ki, Səmədağa müəllim əməliyyatdan öncə hər hansı bir məbləğ ödəyibsə, bu pul onun özünə qaytarılacaq. AFFA müqavilədə göstərilən məbləği bu gün və ya sabah Respublika Diaqnoz Mərkəzinə ödəyəcək. Düzdür, hələ ki, ödəniş olunmayıb. Amma bizim müqaviləmiz var, o müqaviləyə uyğun olaraq, pulu biz ödəyəcəyik. Səmədağa müəllimin verdiyi pul da özünə qaytarılacaq".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!