AFFA millimizə yeni baş məşqçi tapdı -   İDDİA

saytların hazırlanması

Evə çatdırılma

AFFA millimizə yeni baş məşqçi tapdı - İDDİA

İdman

13 Dekabr 2019 17:58 1139


Tanınmış futbol məşqçisi Şota Arveladze Bakıya gəlib.

"Yeni Sabah" xəbər verir ki, o, ötən gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Düdelanj" matçını izləyib.

46 yaşlı mütəxəssisin Bakıya gəlməsi və qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədovla birgə izləməsi Arveladzenin millimizin baş məşçisi postuna gətiriləcəyi dair iddiaları gücləndirib. Dominos pizza

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla yayılan iddiaları təkzib edib:

"Məşqçi kursu olanda digər ölkələrdən olan məşqçilər təcrübəyə gedirlər. Şota Arveladzenin səfərinin məqsədi də bu olub. Gürcüstandan gələn məşqçilərin bir hissəsi VİP-də, digərləri isə "Sky box"da əyləşmişdilər. Şota Arveladzenin millimizə baş məşqçi gətirilməsi məsələsi gündəmdə deyil".

Qeyd edək ki, gürcü baş məşqçi 2017-ci ildən Özbəkistanın "Paxtakor" klubunu çalışdır. Onu da əlavə edək ki, AFFA müqavilə müddəti başa çatan Nikola Yurçeviçlə yeni sözləşmə imzalamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!