Millinin futbolçularının gözləntisi həyata keçib.
Yenisabah.az xəbər verir ki, AFFA UEFA Millətlər Liqasının son turunda Lüksemburqla səfərdə qolsuz heç-heçə edən komanda üzvlərinin mükafatını ödəyib.
Əsas heyətdə meydana çıxanların hər birinə 15 000 manat verilib. Monteneqro ilə rəsmi, Sloveniya ilə yoldaşlıq görüşlərinin mükafatı isə qarşıdakı günlərdə paylanacaq. pizza sifarişi
Federasiya yığma üzvlərinə gecikmənin səbəbini SOCAR-dan büdcəyə vəsaitin az daxil olmasıyla əlaqələndirilib. Eyni zamanda, vəd olunub ki, bu, müvəqqəti problemdir və neft şirkəti adambaşına düşən 20 min manatı ödəyəcək.
Telegram kanalımız