AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

İdman

25 Dekabr 2019 18:13 793


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib.

AFFA-dan "Yeni Sabah"a daxil olan məlumata görə, 2019-cu ilin son yığıncağında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Zirə” – “Səbail” matçında 7 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə edilib. pizza hut

“Sumqayıt” – “Neftçi” oyununda 4 futbolçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!