AFFA “Neftçi”ni 700, “Turan Tovuz”u 1500 manat cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Neftçi”ni 700, “Turan Tovuz”u 1500 manat cərimələdi

İdman

25 Yanvar 2024 17:21 845


 AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 19-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Misli Premyer Liqasının 19-cu turunun “Sabah” – “Neftçi” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” 700 manat cərimə edilib.  pizza mizza

Misli Premyer Liqasının 19-cu turunun “Sabah” - “Neftçi” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib. 

Misli Premyer Liqasının 19-cu turunun “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi komanda 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Səbail” – “Zirə” oyununda meydan sahibi komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib. 

Misli Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz”  1500 manat cərimə edilib. 

Misli Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində qonaq komandanın futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. 

Misli Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”  700 manat cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!