AFFA “Neftçi”nin şikayətini təmin etmədi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Neftçi”nin şikayətini təmin etmədi

İdman

26 Aprel 2024 12:15 652


AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, qurum "Neftçi"nin şikayətini təmin etməyib. 

"Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.  Dominos pizza

Xatırladaq ki, 20 yaşlı hücumçu əvəzedicilər liqasının 29-cu turunda "Sumqayıt"la matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!