AFFA-nın vitse-prezidenti hakimlərlə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

AFFA-nın vitse-prezidenti hakimlərlə görüşüb

İdman

11 Avqust 2021 17:23 937


AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Premyer Liqasının oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.

Azərbaycan Futbol Federasiyası Assosasiyasından Yenisabah.az-a daxil olan məlumata görə Hakimlər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüş zamanı E.Məmmədov yeni mövsüm ərəfəsində Peşəkar Futbol Liqasını və hakimləri təbrik edərək uğurlar arzulayıb.

İcraçı vitse-prezident qeyd edib ki, Azərbaycan çempionatında fəaliyyət göstərən hakimlər məkanından və vaxtından asılı olmayaraq, hər hansı klub rəsmisi, nümayəndəsi və məşqçisi ilə görüşməməli, hətta təsadüfi və qısamüddətli xarakter daşıyan görüş olsa belə, dərhal bu barədə Hakimlər Komitəsinə məlumat verməlidir. pizza

“Burada məqsəd hakimlərə hər hansı məhdudiyyətin tətbiq olunması deyil, şəffaflığın təmin olunmasıdır”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!