AFFA onları cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA onları cərimələdi

İdman

16 Fevral 2024 16:00 901


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda baş verənlər müzakirə olunub. “Kəpəz” - “Səbail” oyununda meydan sahibləri altı, qonaqlar dörd futbolçu sarı vərəqə aldığı üçün hərəyə 700 manat cərimə edilib. Matçın fasiləsində Gəncə klubunun futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, klubu 500 manat cərimə olunub. pizza sifarişi

“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev “Neftçi” ilə qarşılaşmanın fasiləsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun cəzalanıb. O, klubunu 1500 manat ziyana salıb. “Neftçi” beş futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək. 90+3-cü dəqiqədə “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat ziyana düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!