AFFA prezidenti “Qarabağ“ haqqında danışdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA prezidenti “Qarabağ“ haqqında danışdı

İdman

27 Avqust 2021 14:33 1012


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı AFFA-nın saytına açıqlama verib.

Yenisabah.az-ın məlumatına görə o, öncə Ağdam klubunu təbrik edib:

“UEFA-nın yeni təsis etdiyi, bu mövsümdən etibarən keçirilən UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” klubunu təbrik edirəm. Artıq 8-ci mövsümdür ki, “Qarabağ” ardıcıl olaraq avrokuboklarda qrup mərhələsində oynamaq hüququ qazanır. 6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Toyuqlu pizza

Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək UEFA Avropa Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ” Futbol Klubunun futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!