AFFA ”Qarabağ”ı 1200 manat cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA ”Qarabağ”ı 1200 manat cərimələdi

İdman

08 Fevral 2024 16:20 645


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub. 

Misli Premyer Liqasının 21-ci turunun “Səbail” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.  pizza mizza

Misli Premyer Liqasının 21-ci turunun “Səbail” – “Qarabağ” oyununun 66-cı dəqiqəsində qonaq komandanın futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib. 

Misli Premyer Liqasının 21-ci turunun “Sabah” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib. 

Misli Premyer Liqasının 21-ci turunun “Sabah” – “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər klub tərəfindən qarşılanmasına qərar verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!