AFFA “Qarabağ”ın cəzasını ləğv etdi, “Neftçi”nin cəzasını azaltdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Qarabağ”ın cəzasını ləğv etdi, “Neftçi”nin cəzasını azaltdı

İdman

31 Mart 2021 18:14 724


AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, qurum “Qarabağ” və “Neftçi”nin müraciətinə baxıb.

Hər iki klub tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilib. “Qarabağ” Premyer Liqanın XVI turunun “Sumqayıt”la oyununda 8 nömrəli futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulmasına görə tətbiq olunan 3000 manat cərimə cəzasından azad olunub. Son ölkə çempionuna bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.  pizza hut

Bakılıların Premyer Liqanın XVIII turunun “Sabah”la oyununda stadionda işıqlandırmasında yaranan problemlərə görə tətbiq olunan cərimənin məbləğini azaldıb. “Neftçi” ev oyununda baş verənlərə görə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 deyil, 1000 manat ödəyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!