AFFA “Qəbələ”ni cərimələdi    - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Qəbələ”ni cərimələdi  - Səbəb

İdman

22 Dekabr 2020 13:46 1037


AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 600 manat məbləğində cərimələyib.

Yenisabah.az-ın məlumatına görə, buna səbəb əyalət təmsilçisinin Premyer Liqanın XII turunun “Qarabağ”la ev matçında (1:1) qayda pozuntusuna yol verməsidir.

Oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. Pepperoni pizza

Bundan başqa, "Qəbələ"nin klubunun yarımmüdafiəçisi Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə ödəyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!