AFFA Qurbana görə “Qarabağ”ı 1000 manat cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA Qurbana görə “Qarabağ”ı 1000 manat cərimələdi

İdman

27 Sentyabr 2023 14:01 469


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Yenisabah.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" - "Qarabağ" oyununda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qırmızı vərəqə alması ilə bağlı da qərar verilib. 

Sözügedən görüşün 89-cu dəqiqəsində Qurban Qurbanov 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, “Qarabağ” 1000 manat cərimə edilib.  pizza mizza

“Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qarabağ” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!