AFFA rəhbərliyi Lənkəranın futbol klubunun nümayəndələri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

AFFA rəhbərliyi Lənkəranın futbol klubunun nümayəndələri ilə görüşdü

İdman

05 Oktyabr 2021 00:26 1742


Lənkəran rayonuna səfər çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün "Xan Lənkəran" Futbol Klubunun nümayəndələri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məlumata görə, görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib. pizza hut

Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra "Region Liqası" turnirində iştirak edəcək.

Elxan Məmmədov bildirib ki, klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcək.

"Xan Lənkəran" FK-nın nümayəndələri görüşün keçirilməsinə və dəstəyə görə AFFA-ya təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!