AFFA rəqibə dirsək atan futbolçunu 2 400 manat cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA rəqibə dirsək atan futbolçunu 2 400 manat cərimələdi

İdman

16 Mart 2021 16:17 884


AFFA İntizam Komitəsi "Qəbələ"nin yarımmüdafiəçisi Merab Giqaurini 3 oyunluq cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb gürcüstanlı oyunçunun Premyer Liqanın XX turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə almasıdır.

Əyalət təmsilçisi 29-cu dəqiqədə rəqibinə dirsək atan legionerinə görə 2400 manat məbləğində cərimələnib. Marqarita pizza

"Zirə" isə 800 manat ödəməli olacaq. Qəsəbə təmsilçisinin 4 futbolçusu həmin görüşdə sarı vərəqə alıb.

Komitə "Səbail"ə də eyni cəriməni tətbiq edib. Komandanın 4 üzvü "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada sarı vərəqə görüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!