AFFA rəsmisi “Barselona”nın oyununa təyinat aldı 

AFFA rəsmisi “Barselona”nın oyununa təyinat aldı 

İdman Veb saytların hazırlanması

07 Dekabr 2023 11:32 1013


AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. 

Yenisabah.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının H qrupunda Belçikada “Antverpen” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək matçın UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq. 

Qeyd edək ki, qarşılaşma dekabrın 13-də Dyörne şəhərində oynanılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!