AFFA rəsmisi: “Heç bir məşqçi ilə danışıq aparılmayıb”

saytların hazırlanması

Evə çatdırılma

AFFA rəsmisi: “Heç bir məşqçi ilə danışıq aparılmayıb”

İdman

07 Yanvar 2024 13:57 773


“Heç bir məşqçi ilə danışıq aparılmayıb”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin baş məşqçi postuna bir neçə mütəxəssisin adının hallanmasına münasibət bildirərkən deyib.

Xüsusi İşçi Qrupunun da üzvü olan mütəxəssis iclaslarda konkret heç bir məşqçinin müzakirə olunmadığını söyləyib: “İclaslarda heç kimin adı hallanmayıb. Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağı ilə bağlı istiqamət hələ bəlli deyil”. pizza hut

Türkiyəli məşqçi Ərtuğrul Sağlam sosial şəbəkə vasitəsilə paylaşımında bir müddət əvvəl AFFA-dan təklif aldığını, lakin qəbul etmədiyini yazıb. Serbiyalı Milan Obradoviçin adı da yığma ilə birgə çəkilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!