AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Yenisabah.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.
E. Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq. Pepperoni pizza
İyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.
Telegram kanalımız