Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar verilib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” - “Səbail” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub. Marqarita pizza
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” - “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Telegram kanalımız