AFFA “Turan Tovuz”a xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Turan Tovuz”a xəbərdarlıq

İdman

03 Dekabr 2024 13:21 670


AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna Tovuz klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda baş tutan “Araz-Naxçıvan”la matçın 83-cü dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA “Turan Tovuz” klubuna xəbərdarlıqla kifayətlənib. Toyuqlu pizza

XV turun “Şamaxı” - “Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib.

“Zirə” – “Sumqayıt” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!