21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız martın 14-dən 29-dək təlim-məşq toplanışında olacaq.
Baş məşqçi Milan Obradoviç Bakıda keçiriləcək hazırlıq prosesinə 26 futbolçu çağırıb. Onlar arasında türkiyəli futbolçu Samet Karakoç da var. AFFA "Fənərbağça"nın sabiq yarımmüdafiəçisini milləşdirərək, U-21 yığmasına cəlb edib. "Bayrampaşaspor"un oyunçusu martın 18-də komandaya qoşulacaq. pizza hut
Telegram kanalımız