AFFA Ukraynada oynayan məşhur hücumçunu milliyə gətirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

AFFA Ukraynada oynayan məşhur hücumçunu milliyə gətirmək istəyir

İdman

06 Fevral 2021 09:46 745


"Minay" Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

Yenisabah.az xəbər verir ki, Ukraynanın Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında I liqada çıxış edən "Veres"lə üz-üzə gəlib.

Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Minay"ın heyətində qollardan 3-nü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub. Sezar pizza

25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələdə fərqlənib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Andrey Tkaçuk qoyub.

AFFA Anatoli Nuriyevi Azərbaycan millisinə cəlb etmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır. Hazırda Antalyada olan yığmanın baş məşqçisi Canni De Byazi də oyunçunun çıxışını yaxından izləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!