Afrikada 2019-cu ilin ən yaxşı futbolçusunun adı dəqiqləşib.
“Yeni Sabah” xəbər verir ki, Seneqal millisinin və "Liverpul"un hücumçusu Sadio Mane ötən ilin ən yaxşısı seçilib.
O, karyerasında ilk dəfə bu ada layiq görülüb. 27 yaşlı futbolçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə Məhəmməd Salah ("Liverpul", Misir) və Riyad Mahrezi (Əlcəzair, "Mançester Siti") qabaqlayıb. Pepperoni pizza
Bundan əvvəlki 2 mövsümdə Afrikanın ən yaxşısı “Liverpul”un futbolçusu Məhəmməd Salah seçilib.
Qeyd edək ki, Mane ötən mövsüm İngiltərə nəhəngi ilə UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və Klublarası Dünya Kubokunun qalibi olub.

Telegram kanalımız