Afrika qitəsinin ən varlı futbolçularının adları açıqlanıb.
Yenisabah.az Sportinfo-ya istinadən xəbər verir ki, 9 nəfərin yer aldığı siyahıya əfsanəvi kamerunlu Samuel Eto başçılıq edir.
Təxmini hesablamağa görə, Etonun 140 milyon dollarlıq sərvəti var. Onu Fil Dişi Sahilidən olan Didye Droqba izləyir. İlk “üçlüy”ü Droqbanın həmyerlisi Yaya Ture qapayır. pizza sifarişi
Hazırda ölkəmizdə “Səbail”in formasını geyinən Maykl Essyen Afrikanın ən varlı 6-cı futbolçusu hesab edilib. “Lion”, “Çelsi”, “Real” və “Milan” kimi klublarda çıxış etmiş qanalı yarımmüdafiəçi xüsusən də, məşhurlaşdığı İngiltərə klubunda olarkən şəxsi büdcəsini zənginləşdirib.
Essyeni ilk “üçlük”dəki oyunçularla yanaşı, Emmanuel Adebayor (Toqo) və Asamoa Qyan (Qana) qabaqlayır. Son üç sırada isə Məhəmməd Salah (Misir), Pyerr-Emerik Obameyanq (Qabon) və Sadio Mane (Seneqal) yer alır.
Ötən ilin martından “Səbail”də çıxış edən Maykl Essyenin klubla müqavilə müddəti başa çatıb. Qanalı burada keçirdiyi hər aya görə 13500 dollar qazanıb. Üstəlik, klub tərəfindən bahalı avtomobil və şəhərin mərkəzində mənzillə təmin olunub.
Telegram kanalımız