Ağ Ev: Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb

saytların hazırlanması

Evə çatdırılma

Ağ Ev: Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb

Siyasət

26 Fevral 2025 18:59 265


ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş hələ planlaşdırılmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.

O bildirib ki, iki ölkənin rəsmiləri Ukraynadakı müharibənin həlli ilə bağlı ünsiyyəti davam etdirirlər. pizza sifarişi

"Prezident Putinlə birbaşa dialoq aparıb. O, (Tramp-red) bildirib ki, hər iki tərəf bu münaqişənin bitməsini istəyir", - Ağ Evin mətbuat katibi Trampla Putin arasında fevralın 12-də baş tutan telefon danışığından bəhs edərkən deyib.

“Prezidentin bu münaqişəni sona çatdırmağı tapşırdığı nümayəndə heyəti ruslar və ukraynalılarla əlaqə saxlamağa davam edib. Müharibəyə son qoymaq üçün hər iki tərəflə danışmalıyıq”, - o vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!