Ağ Evdə Tramp və Zelenski arasında gərginlik   - ŞOK DİALOQ

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evdə Tramp və Zelenski arasında gərginlik - ŞOK DİALOQ

Siyasət

28 Fevral 2025 22:18 1011


Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə baş tutan danışıqlarda gərginlik yaşanıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, kadrlar sosial şəbəkələrdə yayılıb.

Yüksək tonlu müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başlayıb. Toyuqlu pizza

Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və "Amerikanın nə etməli olduğunu diktə etmək hüququnun olmadığını" söyləyib.

"Müharibənin başlanğıcından bəri əlverişsiz şəraitdəsiniz. Siz minnətdar olmalısınız. İnsanlar ölür, sizdə hərbi qüvvələr çatışmır. Siz bizə atəşkəs istəyib-istəmədiyinizi deyə bilməzsiniz. Bu axmaq prezident (Co Bayden - red.) vasitəsilə sizə 350 milyard dollar verdik, hərbi texnika verdik. Əgər bizim hərbi texnikamız olmasaydı, bu müharibə iki həftədən az vaxta bitərdi" - ABŞ prezidenti əlavə edib

Zelenski oxşar sözləri Putinin dilindən də eşitdiyini vurğulayıb.

"Bu şəkildə işlər davam edə bilməz", - deyə Tramp etiraz edib.

İddialara görə, tərəflər məsləhətləşmələr üçün danışıqları yarıda dayandırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!