Ağ Evdəki mübahisədən sonra Zelenskinin ilk paylaşımı

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evdəki mübahisədən sonra Zelenskinin ilk paylaşımı

Siyasət

28 Fevral 2025 23:53 462


Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Konqresə və Amerika xalqına təşəkkür edirəm.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Prezident Donald Trampla Ağ Evdə uğursuz görüşdən və mübahisədən sonra yazıb.

“Ukraynaya ədalətli və davamlı sülh lazımdır və biz məhz bunun üçün çalışırıq”, - o bildirib. pizza mizza

Qeyd edək ki, Ağ Evdə bu gün baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə belə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!