Ağ Evlə bağlı gizli sənədlər yanlışlıqla 11 mindən çox şəxsə göndərildi –   WP ifşası

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evlə bağlı gizli sənədlər yanlışlıqla 11 mindən çox şəxsə göndərildi – WP ifşası

Dünya

21 Aprel 2025 09:33 245


Musavat.com xəbər verir ki, ABŞ-ın “Ümumi Xidmətlər İdarəsi” (General Services Administration – GSA) ciddi təhlükəsizlik skandalına səbəb olan bir səhvə yol verib. “The Washington Post”un (WP) yazdığına görə, idarənin əməkdaşları ehtiyatsızlıq nəticəsində “Google Drive” üzərindən gizli məlumatlar olan sənədləri 11 min 200-dən çox işçiyə paylaşaraq yayılmasına səbəb olublar.

Sözügedən sənədlər arasında Ağ Evin mərtəbə planları, partlayışa davamlı qapıların texniki detalları, Tramp administrasiyası dövründə keçirilən mətbuat konfranslarına texniki dəstək verən təchizatçının bank məlumatları və digər məxfi materiallar da yer alıb.

Məlumata görə, sənədlərin paylaşımı hələ 2021-ci ilin əvvəlindən – Baydenin prezidentliyinin ilk günlərindən etibarən başlayıb və daha sonra, Tramp administrasiyası dövründə də bu fayl paylaşımı davam etdirilib. Dördpendirli pizza

Ekspertlər bu hadisəni milli təhlükəsizlik baxımından ciddi təhdid kimi qiymətləndirir, çünki məxfi obyektlərin strukturu ilə bağlı informasiyanın bu qədər geniş auditoriyaya yayılması kiberhücum və ya fiziki təhdid risklərini artırır.

Hazırda məsələ ilə bağlı rəsmi araşdırma başladılıb. (Musavat.com)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!