Ağ Şəhərdə dezinfeksiyaedici tədbirlər gücləndirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ağ Şəhərdə dezinfeksiyaedici tədbirlər gücləndirildi - Foto

Sosial

27 Mart 2020 14:27 652


Koronovirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Bakı Ağ Şəhərin ərazisindəki küçələrdə xüsusi kommunal texnikalar vasitəsilə mütamadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

Yensabah.az bildirir ki, küçə və prospektlərinin kənarları və yollar və səkilər xüsusi dezinfeksiyaedici maddərlə yuyulur. Ağ Şəhərin Xəqani Rüstəmov, Mərkəzi Bulvar, 1-ci Yaşıl Ada və digər təhvil verilmiş küçələri də xüsusi diqqət mərkəzində saxlanılır.

Ağ Şəhər ərazisindəki parklar, bağlar və uşaq meydançalarında da dezinfeksiya tədbirləri görülür.  Pepperoni pizza

Mülki və Mənzil Məcəlləsinə əsasən Mənzil Tikinti Kooperativlərinin idarə etdikləri binalarda dezinfeksiya işləri istismar qrupları tərəfindən payçıların vəsaiti hesabına həyata keçirilir. Yaşayış binalarının həyətləri, giriş hissələri, lift kabinləri, pilləkən marşları, konteyner meydançaları, həyətlərdə sakinlərin daha çox istifadə etdiyi yerlərdə oturacaqlar, idman və əyləncə qurğularında, yerüstü və yeraltı parkinqlərində, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Bakı Ağ Şəhər ərazisində fəaliyyət göstərən müəssisə və ofis mərkəzlərində də qabaqlayıcı-profilaktik tədbirlər görülməkdədir.

Həmçinin həmçinin hər bir sakinin şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi  ilə bağlı maarifləndirici işlər də aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!