Ağabala nəşə çəkir, qarabala Azərbaycanın təəssübünü çəkir...

saytların hazırlanması

Evə çatdırılma

Ağabala nəşə çəkir, qarabala Azərbaycanın təəssübünü çəkir...

İdman

12 Avqust 2024 10:21 1145


Ay daa! 

O vaxtdan düz 12 il ötür. İndi internetdə dəqiqləşdirdim. London Yay Olimpiya Oyunları 2012-ci ildə keçirilib. 

İndi olduğu kimi o vaxt da bu mötəbər idman yarışında ölkəmizi təmsil edən idmançıların əksəriyyəti qeyri-azərbaycanlılar idi. Mariya Stadnik gümüş medal qazananda qızım məndən soruşmuşdu: "Ata, Mariyanı tanıyırsan?" Dördpendirli pizza

Suala sualla cavab vermişdim: "Hansı Mariyanı?" 

Nə qədər çalışsa da, güləşçimizin soyadını dəqiq tələffüz edə bilməmişdi...

O vaxtdan bəri çox şey dəyişib. Mariyanın nazik dərisinə xəfif qırışlar düşüb. 

O vaxt ikinci sinif şagirdi olan Xədicə indi universitetin 2-ci kurs tələbəsidir. O, bütün idmançılarımızın adını əzbər bilir. İki gün əvvəl Meşvildişvili bürünc medal qazananda müjdəni mənə Xədicə verdi. Maqomedxanın, Alfonso Dominqesin uğurları barədə ilk xəbəri də ondan almışam. 

Könül istərdi ki, Meşvildişvilinin yerinə tatami üzərinə Aqşin çıxsın. Roberti Amil qaldırıb yerə çırpsın. Amma hələ ki bu cür nüfuzlu idman yarışlarında üzümüzü qarabala ağardır...

Əcnəbi olmalarına rəğmən "Paris-2024"-də ölkəmizi təmsil edən hər bir idmançının uğuru məni fərəhləndirir. Onların sayəsində bu mötəbər turnirdə bayrağımız dalğalanır, himnimiz oxunanda dəbbə fransızlar ayaq üstdə dinləyirlər. 

Amma məni qınamayın, nə qədər çalışsam da, Meşvildişvili soyadı dilimə yatmır. 

Dilimə yatanda da ürəyimə yatmır... 

P.S. Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qeyri-qanuni istifadəçisi olan paytaxt sakini Ağabala Rzayev saxlanılıb. 

P.P.S. Ağabala nəşə şəkdiyi üçün Azərbaycanın təəssübünü qarabala çəkir... 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!