Ağac kəsən şəxs cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağac kəsən şəxs cəzalandırıldı

Sosial

25 Aprel 2020 10:44 688


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

ETSN-dən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlif cinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1 120 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı N.Mənsimov barəsində akt tərtib olunub. pizza mizza

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şirvan şəhər Prokurorluğuna göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!