Ağac kəsən şəxs cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağac kəsən şəxs cəzalandırıldı

Sosial

29 Aprel 2020 17:35 817


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının keçirdiyi reyd zamanı Qəbələ rayon Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 kubmetr həcmində işlik oduncaq aşkar edilib. 

Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin 6 saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərovun kəsərək sexə satdığı məlum olub.

O qeyd edib ki, faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1 518 manat məbləğində cərimə və ziyan tətbiq edilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!