Ağac kəsən vəzifəli şəxs cərimələndi: 4360 manat

saytların hazırlanması

Evə çatdırılma

Ağac kəsən vəzifəli şəxs cərimələndi: 4360 manat

Sosial

14 Avqust 2019 11:23 982


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib. 

ETSN-dən "Yeni Sabah"a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub. 

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!