Ağacan Abıyev: “Mənə sataşanları rinqə çağırıram”

saytların hazırlanması

Evə çatdırılma

Ağacan Abıyev: “Mənə sataşanları rinqə çağırıram”

Maraqlı

23 Fevral 2023 13:33 893


“Ölkədən getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Heç vaxt xaricdə yaşamamışam".

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Ağacan Abıyev ölkədən getməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Sabiq deputat Azərbaycandan kənarda heç vaxt yaşamadığını vurğulayıb:

"Heç vaxt belə şey olmayıb və yayılan məlumatlar tamamilə yanlışdır. Deyəsən, bu yaşda mənə sataşırlar, həmin şəxsləri rinqə çağırıram. Buyursunlar, gəlsinlər. Tanımırlar məni?! Əlbəttə ki, xaricdə olmuşam. Olimpiya Oyunlarınıln baş hakimi olmuşam, beynəlxalq dərəcəli hakiməm, boksçu olmuşam. Bunlara görə məni tanıyırlar da. Xaricə yarışa gedirəm də. Utanmırlar, sataşırlar mənə. 85 yaşında kişiyə sataşırlar". pizza mizza

Qeyd edək ki, "Yeni Sabah" saytında bu gün yayılan məlumatda Ağacan Abıyev Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorluğundan çıxarıldıqdan sonra, yoxlamalar başlanıldığı dərc olunmuşdu. Həmçinin, həbs təhlükəsi ilə üzləşə biləcəyinə görə, onun Azərbaycanı tərk etməsi və bir il xaricdə yaşaması ilə bağlı məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!