Ağacları kəsən direktor cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağacları kəsən direktor cəzalandırıldı

Sosial

16 Aprel 2020 15:37 826


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb. 

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı rayonun Məmmədli kəndi ərazisində, “Həyat” kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi, təbiətə 2800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.  pizza sifarişi

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İmişli Rayon Prokurorluğuna göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!