Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Yenisabah.az ETSN-ə istinadla xəbər verir ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib. pizza sifarişi
Telegram kanalımız