Ağacları kəsən şirkətlə bağlı akt tərtib olundu - 37650 manat

saytların hazırlanması

Evə çatdırılma

Ağacları kəsən şirkətlə bağlı akt tərtib olundu - 37650 manat

Sosial

30 Sentyabr 2019 14:06 1050


"Əkinçi BO Fermer Təsərrüfatı” MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, faktla bağlı "Əkinçi BO Fermer Təsərrüfatı” MMC barəsində ağacların köçürülməsinə aid verilmiş icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!