Ağadadaş Ağayev ölkədən çıxıb? -   Vəkili aydınlıq gətirdi 

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayev ölkədən çıxıb? - Vəkili aydınlıq gətirdi 

Şou

05 Oktyabr 2024 12:28 2473


Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

“Yeni Sabah” Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin Qırğızıstanda çəkilən videosu onun istintaqı davam etdiyi halda ölkədən necə çıxması barədə müzakirələrə səbəb olub.

Məlum olduğu kimi, Ağadadaş Ağayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.  Dördpendirli pizza

Hazırda ibtidai istintaq davam edir.

Müğənninin vəkili Asim Məmmədov iddialara aydınlıq gətirib. Vəkilin dediyinə görə, yayılmış görüntülər köhnə kadrlardır: "Ağadadaş Ağayev ölkəni tərk etməyib, Bakıdakı evindədir. Öz sənəti ilə məşğuldur", - vəkil bildirib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Hadisəyə görə münaqişə tərəfləri ikisi də cinayət məsuliyyətinə cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!