Ağadadaş Ağayev sabah yenidən əməliyyat olunacaq - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayev sabah yenidən əməliyyat olunacaq - Foto

Şou

11 May 2021 15:58 1967


Xalq artisti Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov paylaşım edib.

O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah ağır əməliyyat keçirəcək: pizza mizza

“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi.

Zatən Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub. O da mərdcəsinə qalib gəlib hər zaman. Mən bunun şahidiyəm. Ağadadaş Ağayev bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahiblənib. Bu gün səhhəti sınayır onu. Əsrin bəlası olan xərçəng xəstəliyinə Ağadadaş qalib gələcək. Sabahkı əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!