Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə aparıcı-xeyriyyəçi Nuran Hüseynov (Hacı Nuran) məlumat verib.
Xərçəngdən əziyyət çəkən sənətçinin əməliyyatı 2 saat davam edib. Sezar pizza
“Qardaşım, dostum Ağadadaş Ağayev əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Əslində, bu 2 saat sözdə elə də böyük müddət deyil, amma belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdu. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən... Eynən Ağadadaş Ağayevin əməliyyatdan çıxmasını gözləyən əzizləri, doğmaları, yaxınları, dostları üçün də o 2 saat eləcə uzun çəkdi. Amma çox şükür ki, Tanrı dualarımızı eşitdi. Elin sənətkarı üçüncü əməliyyatdan salamat çıxdı. Hazırda səhhəti də qənaətbəxşdir . Tanrı bütün sevdiklərimizi qorusun” – deyə Hacı Nuran qeyd edib.
Telegram kanalımız