Ağadadaş Ağayevin hücum etdiyi mühafizəçi ilə bağlı YENİ DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayevin hücum etdiyi mühafizəçi ilə bağlı YENİ DETALLAR

Hadisə

27 İyul 2024 21:00 1481


Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi ilə bağlı yeni detallar məlum olub.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, "MedEra" hospitalının mühafizəçisi, əvvəllər məhkumluq həyatı yaşayan Nurəddin Cəlilov "Vətən-N" Mühafizə Xidmətinin əməkdaşı olub.

Şirkət yoxlanış aparmadan şəxsi işə götürərək qaydaları pozub. Dördpendirli pizza

O, 3 aydır ki, "MedEra" hospitalında mühafizəni təşkil edirmiş.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev klinikanın qarşısına gələrək əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib.

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!