Ağadadaş Ağayevin qulağına nə olub? - “Evdə…”  +   Ağlasığmaz iddia

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayevin qulağına nə olub? - “Evdə…” + Ağlasığmaz iddia

Şou

24 İyul 2024 13:00 13467


Xalq artisti Ağadadaş Ağayevin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Ötən gün “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülən xanəndə medianın diqqət mərkəzində qalmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Xalq artistinin qulağındakı zədə nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Hətta məlum insidentin bu zədə üzündən baş verdiyi iddia olunur. 

Ağadadaş Ağayevin qulağına nə olub? pizza

“Yeni Sabah” bununla bağlı son dərəcə maraqlı məlumatlar əldə edib. Müğənninin yaxın qohumlarından biri saytımıza açıqlamasında son vaxtlar Ağadadaş Ağayevin xəstəliyinin şiddətləndiyini bildirib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar olaraq, xanəndə stres və dərin sarsıntı keçirir. Bu isə onun tez-tez yaxın ətrafı, ailə üzvləri və dostları ilə münaqişəyə girməsinə səbəb olur.

Qohumunun dediyinə görə, belə xoşagəlməz hallardan biri də 3-4 gün əvvəl evdə baş verib və nəticədə Ağadadaş Ağayev qulağından yüngül xəsarət alıb. 

Müğənninin səhhətində baş vermiş dəyişikliklərlə əlaqədar olaraq, yaxın ətrafının son günlər onunla daha ehtiyatlı davrandığı deyilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!